Accessibility links

Beyin mərkəzlərinin ABŞ siyasətinə təsiri [Video]


Beyin mərkəzlərinin ABŞ siyasətinə təsiri
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Beyin mərkəzləri alimlərin siyasi, sosial və iqtisadi məsələlərlə bağlı məsləhət və fikir bildiriyi siyasət və ya araşdırma institutlarıdır. Əvvəllər bu institutlar ABŞ siyasətinin formalaşmasına böyük təsir göstərdiklərinə görə qınanırdı. Amma yeni araşdırma nəticələri göstərir ki, öncəki administrasiyalarla müqayisədə Trampın Ağ Evi beyin mərkəzlərindən daha az asılıdır.

Beyin mərkəzləri həmişə siyasətdə önəmli rol oynayıb. Amma hazırda onların əvvəlki dövrlərlə müqayisədə o qədər də nüfuzlu olduğunu sanmıram.
Erik Rozenbax

Birləşmiş Ştatlarda fəaliyyət göstərən 1800-dən çox beyin mərkəzindən təxminən 400-ü Vaşinqtonda qərargahlanıb. Əvvəlki administrasiyalar siyasətlərini tərtib etmək üçün bu cür təşkilatların apardıqları araşdırma və irəli sürdükləri ideyalara arxalanırdı. Amma ictimai siyasət professoru Mark Romun dediyinə görə, hazırkı administrasiya ilə bağlı bunu demək olmaz.

“Obama administrasiyası yüksək intellektli, empririk araşdırmalara böyük diqqət yetirən administrasiya olmaqla öyünürdü. Bu səbəbdən də, beyin mərkəzlərinin həmin administrasiyaya böyük təsir göstərdiyini demək olar. Onlarla müqayisədə isə hazırkı adminsitrasiya ekspertlərə etimad etmədiyini və hər hansı isteblişment təşkilatının aparıdığı işlərə şübhə ilə yanaşdığını açıq şəkildə bildirib,” Corctaun Universitetindən Mark Rom söyləyir.

Bu cür müəssisələr ictimai siyasətə təsir göstərməklə yanaşı media və ya hökümətə çıxış əldə etmək istəyənlər üçün başlanğıc nöqtəsidir.

Donald Tramp
Donald Tramp

“Beyin mərkəzləri həmişə siyasətdə önəmli rol oynayıb. Amma hazırda onların əvvəlki dövrlərlə müqayisədə o qədər də nüfuzlu olduğunu sanmıram. Onlar əsasən iki yolla təsir göstərir. Birinci yol yeni ideyaların yaranması və təbliğidir. İkinci yol isə insanlara təlim verib, onları nə isə etməyə təşviq etməkdir,” deyə Belfer Elm və Beynəlxalq Əlaqələr Mərkəzindən Erik Rozenbax bildirib.

Beyin mərkəzləri həm də istedad mənbəyidir. Belə ki, Corc Buş oğulun admistrasiyasının vitse-prezidenti Dik Çeni, müdafiə naziri Donald Ramsfeld və dövlət katibi Kondoliza Rays vəzifəyə gəlmədən öncə Vaşinqtondakı beyin mərkəzlərində işləyirdi.

Obama administrasiyası yüksək intellektli, empririk araşdırmalara böyük diqqət yetirən administrasiya olmaqla öyünürdü. Bu səbəbdən də, beyin mərkəzlərinin həmin administrasiyaya böyük təsir göstərdiyini demək olar.
Mark Rom

Lakin siyasət və ideyalar adətən siyasi ayrı-seçkilik prizmasından yaranır. Kimin bu idelayaları maliyyələşdirdiyini bilmək isə çox mühümdür.

“Məncə beyin mərkəzləri hər hansı hesabat yayanda, vacibdir ki, oxuyucular, ictimaiyyət hesabatı maliyyələşdirənlərin ona təsir göstərib-göstərmədiyini bilsin. Yaxşı beyin mərkəzləri isə araşdırmaları açıq və şəffaf şəkildə aparır. Belə ki, oxuyucular həmin tədqiqatın bitərəfliyini araşdıra bilir,” Mark Rom deyir.

Beyin mərkəzlərinin Birləşmiş Ştatların rəsmi siyasətinə təsiri mübahisəli məsələdir, amma hökümətin siyasəti və prirotetlərindəki dəyişikliklərin kökü çox vaxt ABŞ-ın paytaxtındakı beyin mərkəzlərinin araşdırmalarına dayanır.

XS
SM
MD
LG