Accessibility links

Beyin xərçənginin müalicəsində dönüş yarada biləcək araşdırmalar [Video]


Beyin xərçənginin müalicəsində dönüş yarada biləcək araşdırmalar
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Ölümcül beyin şişlərinin müalicəsində yeni bir nailiyyət əldə edilib. Həkimlər beyin xərçənginin müalicəsində modifikasiya edilmiş polio virusundan istifadə edib.

Stefani Hopperə 8 il əvvəl beyin xərçənginin ən ağır növü, qlioblastoma diaqnozu qoyulmuşdu. Cərrahlar beyindəki şişi götürsələr də, iki ildən sonra şiş yenidən əmələ gəldi.

Qlioblastoma diaqnozundan sonra sağalma şansı çox az idi və ən yaxşı halda yaşamaq üçün bir il müddət verilirdi.

Stefani Hopper Dyuk Xərçəng Mərkəzinin genetik cəhətdən dəyişdirilmiş polio virusundan istifadə araşdırmalarına qatıldı.

Modifikasiya olunmuş virus iflicə səbəb olmur, amma şişin ölçüsünü azaldır.

Klinikanın apardığı tədqiqatlar müalicənin qlioblastomanın qayıtdığı xəstələrın həyatının uzanmasına əhəmiyyətli dərəcədə təsir etdiyni göstərdi.

Bu xəstələrin 3 il yaşaması şansı 21 faiz olduğu halda, eyni tipli xərçəng növünə görə klinikada standart müalicə kursu alan xəstələrin yalnız 4 faizi üç ildən sonra sağ qalmışdı.

Hətta bir ölü virus belə çox güclü bir immunitet reaksiyasına səbəb ola bilir. Ölü virusdan poliomielit peyvəndində istifadə edilir.

Doktor Darrel Biqner araşdırmanın baş müəllifidir. “Bu, sadəcə olaraq polio virusunun sinir hüceyrələrinə yoluxma qabiliyyəti və poliomyeliti məhv etdi. Lakin o, eyni zamanda xərçəng hüceyrələrini öldürmək qabiliyyətini qorudu."

Həkimlər modifikasiya olunmuş virusu bir başa beyinə yeridirlər. Bu müalicə üsulu xəstəliyin geri qayıtdığı 5 xəstə üzərində aparılıb. “Bu üsul bizim uzun müddət müalicə etdiyimiz xəstələrə ikinci dəfədə təsir etdi” deyə, doktor Darrel Biqner bildirir.

Prosedurlar hələlək eksperimental olsa da nəticələr həkimlərə araşdırmaların ikinci mərhələsinə başlamağa imkan verir. Bu, polio virusu ilə kimya-terapiyasının birlikdə nəticəsi deməkdir.

Stefani Hopperə gəldikdə isə, onun beynindəki şiş kiçilməyə başlayıb.


XS
SM
MD
LG