Accessibility links

Media Hüququ İnstitutu hökuməti yazıçı-publisistin qatilini tapmağa çağırır


Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)
Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)

Yazıçı, publisist İran və Azərbaycan siyasi hakimiyyətini tənqid edirdi

Media Hüquqları İnstitutu yazar-publisist Rafiq Tağının sui-qəsd nəticəsində öldürülməsinin 2 ili tamam olmasına baxmayaraq, cinayətin üstünün açılmamasını kəskin qınayır.

Media Hüququ İnstitutunun Amerikanın Səsinə daxil olan bəyanatında vurğulayıb ki, Rafiq Tağının qətlinin istintaqında yeniliklərin olmaması, ümumiyyətlə Azərbaycanda qətlə yetirilmiş jurnalistlərin heç birinin qatillərinin tapılmaması dərin ictimai təəssüf yaradır, qətl olaylarını səmərəli araşdırmalı olan hüquq mühafizə qurumlarının fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar doğurur.

Bəyanatada qeyd olunub ki, qətl hadisəsindən 2 il ötsə də, yazarın qatilləri tapılmayıb, olayı araşdıran istintaq qrupu Rafiq Tağının vəkillərinin çoxsaylı vəsatətlərinə baxmayıb, cinayət hadisəsinin səmərəli araşdırması ilə bağlı cəmiyyətə heç bir məlumat verilməyib.

Media Hüququ İnstitutu hökumətə, Rafiq Tağının, eləcə də “Monitor” jurnalının mərhum redaktoru Elmar Hüseynovun qətl olayını araşdıran hüquq mühafizə qurumlarına müraciət edərək hərtərəfli və effektiv istintaqın aparılmasını, jurnalist qatillərinin ədalətli məhkəmə qarşısına çıxarılaraq məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır.

2011-ci ildə 19 noyabrda Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Yazıçı, publisist İran və Azərbaycan siyasi hakimiyyətini tənqid edirdi.

Baş Prokurorluq yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya belə deyib.

«Cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilib, 10-a yaxın kompleks ekspertiza təyin olunaraq müvafiq rəylər alınıb. Bununla yanaşı Rafiq Tağını Kliniki Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindirilib. Hadisədən əvvəlki və hadisə vaxtı mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb. Onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub», deyə Baş Prokurorluğun rəsmisi bildirib.
XS
SM
MD
LG