Accessibility links

Berluskoni Avropa Parlamentinə namizədliyini irəli sürür


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni mayda keçiriləcək seçkidə Avropa Parlamentinə namizədliyini irəli sürəcəyini bildirib. O, daha birləşmiş Avropa İttifaqı uğrunda mübarizə aparmaq istədiyini deyib.

82 yaşlı Berluskoni mərkəz-sağçı Forza İtalia (İtaliya İrəli) partiyasının həftə sonu keçirilən konvensiyasında çıxış edib. Son illərdə partiyanın populyarlığı azalıb, çünki seçicilər anti-miqrant və avroskeptik platformalardan çıxış edən partiyalara, xüsusilə də İtaliya Liqası partiyasına üz tutur.

Hazırda İtaliya Liqası və populist 5 Ulduz Hərəkatı koalisiyası İtaliyada hakimiyyətdədir. İtaliya Liqası partiyasının lideri, həmçinin ölkənin mühafizəkar daxili işlər naziri Matteo Salvini digər ölkələrdəki millətçi partiyalar çağırışlar edərək onlarla bir araya gəlib mayən 23-26-da bütün Avropa İttifaqı ölkələrində keçirilən Avropa Parlamenti seçkilərində böyük qələbələr əldə etməyi ümid edir. Onların məqsədi Avropa inteqrasiyası prosesini dayandırmaq və ölkə paytaxtlarına daha çox səlahiyyətin verilməsini istəyir.

Berluskoni şənbə günü bildirib ki, o, əksinə Avropanı bir araya gətirib, qurucu ataların istədiyi kimi İttifaqın bir xarici siyasəti, tək bir müdafiə siyasətinin olmasını istəyir.

O deyib ki, Avropa ordularını birləşdirərək “dünyanın hərbi qüdrətinə” çevrilə və “dünyanın aqibətinin həll olunduğu müzakirələrdə digər hərbi qüdrətlərlə eyni masa” arxasına otura bilər.

Üç dəfə baş nazir olmuş Berluskoni siyasi karyerası zamanı şəxsi həyatında qalmaqallar, ürək problemi, siyasi uğursuzluqları ilə gündəmə gəlib. O, Avropa seçkilərində iştirak etmək planını ilk dəfə yanvar ayında açıqlayıb.

Berluskoninin vergi saxtakarlığı səbəbilə beş il müddətinə ictimai vəzifələrə namizədləyini irəli sürməsi qadağan edilmişdi. Lakin ötən il, onun yaxşı davranış sərgilədiyini əsas göstərərək onun yenidən namizdələyini irəli sürə biləcəyinə dair qərar çıxarıb.

O deyib ki, “hətta yaşlı vaxtında” Avropada dəyişiklik uğrunda çalışmaq istəyir.

XS
SM
MD
LG