30 il əvvəl Berlin divarının sökülməsi demokratik qərb və kommunist şərq arasında parçalanmaya son qoydu. Divarın götürülməsi Şərqi Almaniyada İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının tətbiq etdiyi kommunizmin süqutunun simvoluna çevrildi. Bu həm də Almaniyaların unifikasiyasına yol açdı. Lakin ölkənin şərqindəki sağ cinah partiyalar Almaniyada sabitliyinə hədə törədir.
Berlin 1945-ci ildə müharibənin bitməsi ilə ikiyə bölünüb.
1961-ci ildə şərqdən qərbə keçidi bloklamaq üçün isə Berlin divarı tikilib.
Bu gün Belin divarından demək olar ki, çox az parça qalıb. Bu parçalar indi muzey eksponatı mahiyyəti daşıyır. Hər il milyonla insan buranı ziyarət edir.
İllər keçdikdə Berlinin şərqi yeni binalar və digər tikililəri ilə qərbə qarışır.
Kiçik Dəməşq adı daşıyan Berlin küçəsində suriyalı və digər qaçqınlar yeni bizneslər və restoranlar açır.
Sahibkarların də şəhərə axını öz bəhrəsini verir.
Amerikalı bələdçi Ceremi Minsberq onlardan biridir.
"Gözlənilmədən buraya çoxsayda turist gəlməyə başladı. Onlar buranın əla yer olduğunu aşkar etdilər. Brexitin baş verməsi ilə bir sıra biznes Berlinə köçmək qərarı aldı."
Lakin divar yazılarında bəzi şəhər sakinlərinin narazılığını görmək olur. Onlar gəlmələrin kirayə qiymətlərini artırdığından şikayətlənir.
"Heç bir şeyə imkan yoxdur. Sanki Berlin San Fransiskolaşır. Orta berlinli xaricdən maaş alanlarla ayaqlaşa bilmir. Bu isə Berlində sosial problem yaradıb" , Ceremi Minsberq deyib.
Berlinin iqtisadiyyatı artsa da, Şərqi Almaniyada vəziyyət elə də yaxşı deyil.
Şərqdə uğurlu şəhərlər olsa da, sabiq ADR divarın sökülməsi ilə sənayelərini itirib.
Atılmış zavodlara hər yerdə rast gəlmək olur. Milyonlarla insan işini itirib və ya köçüb gedib.
"Şərqi almaniyalıların 80 faizi divarın ucurulması ilə işsiz qalıb. Bir çoxları iş və yeni həyat sorağında köçməli olub" - deyə, "Die Zeit"-in müxbiri Elena Erdmann bildirib.
Erdmanın fikrincə, Almaniyaların birləşməsi ilə Şərqi Almaniyanın iqtisadiyyatının çöküşü və sağ cinah ekstremizmi arasında güclü əlaqə mövcuddur.
"Sağ cinah partiyalar və AfD Almaniyanın şərq ştatlarını hədəf alıb və olduqca uğurludurlar. …" , Elena Erdmann əlavə edib.
Yaşıllar Partiyasının rəsmisi Cana Briks ölkədə sağ cinah ekstremizminin artacağından ehtiyat edir.
"Yaxşı və işlək demokratiya üçün demokratik şəraitdə böyüyən insanlar lazımdır. Qorxuram ki, bunu itiririk. Əlbəttə narahatam. Ümidim var. Hər şeyi itirməyəcəyik. Amma özümüzü hər şey əladır kimi aparmamalıyıq. "
Berlin divarının sökülməsindən 30 il sonra Cana kimi gənclər Almaniya demokrasiyasını qorumaq üçün əllərindən gələni əsirgəməyəcək.
Lakin sağ cinah terrorçularının sinaqoqlara qarşı hücumlar, ölkədə anti-semitizm və islamofobiyanın mövcudluğunu nümayiş etdirir.