Birləşmiş Ştatların bildirdiyinə görə. 2012-ci ildə Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna hücum edərək, səfir Kristofer Stivensi və digər üç amerikalının qətlində əli olan əsas şübhəli şəxs ələ keçirilib.
ABŞ Müdafi Nazirliyinun bugünkü açıqlamasında deyilir ki, Əhməd Əbu Xatallah bazar günü keçirilən xüsusi əməliyyat zamanı Benqazi yaxınlığında həbs edilib və Liviyadan çıxarılaraq, təhlükəsiz bir yerdə saxlanır. Əhməd Əbu Xatallah Ənsar Əl-Şəriyə terror qrupunun Benqazidəki qolunun lideri kimi tanınır və işinə Birləşmiş Ştatlar məhkəməsində baxılacağı deyilir.
Birləşmiş Ştatlar prezidenti Barak Obama bu yaxınlarda Xatallahın həbs edilməsi ilə bağlı əməliyyatın keçirilməsinə dair göstəriş verdiyini və onun Amerika ədliyyə sistemi ilə üz-üzə gələcəyini deyib.