Accessibility links

Terror hücumu planlaşdırmaq ittihamı irəli sürülən iranlı diplomat Belçikada mühakimə olunur


Cümə günü Belçikada bir diplomatı və digər üç İran vətəndaşı 2018-ci ildə Parisdə sürgündə olan müxalif İran Milli Şurası Müqaviməti (NCRI) qrupunun mitinqinə bomba hücumu planlaşdırmaq ittihamı ilə məhkəməyə çıxarılıb.

Belçika prokurorları Vyana fəaliyyət göstərən diplomat Əsədulla Əsədi və digər iranlıların əsas məruzəçinin prezident Donald Trampın şəxsi vəkili Rudi Ciulianinin olduğu toplantıya qarşı sui-qəsd planlaşdırmaqda ittham ediblər.

Əsədi Almaniyada məzuniyyətdə olarkən həbs edilib və Belçikaya təhvil verilib.

O, vəkili vasitəsilə diplomatik toxunulmazlığının olduğunu iddia, Antverpendə keçirilən məhkəmənin ilk günü hakim qarşısına çıxmaqdan imtina edib.

"Müvəkkilim bu gün onu təmsil etməyimi istədi. O, hakimlərə böyük hörmət etdiyini, lakin toxunulmazlıq statusu olduğu üçün, hakimlərin onun mühakimə etməsinə icazə olmadığını dedi" - deyə, vəkili Dimitri de Beko məhkəmə binasının önündə jurnalistlərə bildirib.

Fransa rəsmilərinin dediyinə görə, İranın Vyanadakı səfirliyində üçüncü yüksək vəzifəni tutan Əsədulla Əsədi Cənubi Avropada kəşfiyyat məsələlərinə baxırdı.

Tehran ittihamları dəfələrlə rədd edərək, onların İranın terror qruplaşlaması hesab etdiyi İran Milli Şurası Müqaviməti qrupunun “saxta bayraq” fırıldağı olduğunu bildirib.

XS
SM
MD
LG