Accessibility links

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Səsvermə saat 19-dək davam edəcək

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçki məntəqələri saat 08.00-da açılıb, səsvermə saat 19.00-dək davam edəcək.Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir.
Seçkilər 118 seçki dairəsi üzrə keçirlir. Seçki bülletenlərinə 37077 namizəd daxil edilib. Seçkilər nəticəsində ölkə üzrə 1607 bələdiyyəyə 15035 üzv seiləcək.

Namizədlərin 13 min 907-si 8 siyasi partiya tərəfindən, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var.

Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Seçkiləri 50.551 yerli müşahidəçi müşahidə edir. Müşahidəçilərin əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvləridir.

XS
SM
MD
LG