Belarus hakimləri bu gün Minsk şəhərinin məhkəməsində müxalifət lideri Andey Sannikova qarşı keçən ilin dekabr ayında prezident seçkilərinə qarşı kütləvi etiraz aksiyaları təşkil etmək ittihami irəli sürərək, 7 il həbs cəzası tələb ediblər. 57 yaşlı Sannikov keçən il prezident seçkilərində namizədliyini irəli sürən yeddi nəfərdən biri idi və dekabr ayının 19-da, seçkilərdə qalib gəlimş prezident Aleksandr Lukoşenkoya qarşı nümayişlərin keçirildiyi vaxt həbs edilmişdi. Prezidentliyə namizədlərdən dördünə qarşı da məhkəmə işi qaldırılıb.