Accessibility links

Belarusiyada jurnalist və prezidentliyə sabiq namizədlər məhkəmə qarşısına çıxarılıb


Belarusiyada jurnalist və prezidentliyə sabiq namizədlər məhkəmə qarşısına çıxarılıb
Belarusiyada jurnalist və prezidentliyə sabiq namizədlər məhkəmə qarşısına çıxarılıb

Belarusiyada jurnalist İrina Xalip, prezidentliyə sabiq namizədlər Nikolay Statkeviç və Dmitri Uss məhkəmə qarşısına çıxarılıb. Bu, prezident Aleksandr Lukaşenkonun opponetlərinə qarşı növbəti məhkəmədir.

Onların hər üçü də dekabr ayının 19-da seçkilərə etiraz aksiyası zamanı həbs edilib və kütləvi iğtişaşların təşkilində ittiham edilib. Müttəhimlər günahsız olduqlarını deyirlər. Ev dustqlığı altında olan Xalip 3, Stankeviç və Uss isə 15 ilədək həbs cəzasına məhkum edilə bilər. Nəzarət altında olan sabiq prezidentliyə namizəd Andrey Sannikovun xanımı İrina 3 yaşlı oğlunun qəyyumluğunun əlindən alınacağı və onun uşaq evinə veriləcəyi ilə təhdid edilib.

XS
SM
MD
LG