Belarus daha 15 qeyri-hökumət təşkilatının bağlanmağa məcbur edib. Avtoritar lider Aleksandr Lukaşenkonun demokratiya tərəfdarı fəallar, müstəqil media və vətəndaş haqları qruplarına qarşı təqibləri davam edir.
İyulun 23-də bağlanmağa məcbur edilən qruplara Human Constanta insan haqları mərkəzi, Names xeyriyyə təşkilatı, BelSetka AIDS-lə mübarizə qrupu, əlil insanlara yardm edən təşkilat və heyvan haqları təşkilatı daxildir.
Bu əmr Lukaşenkonun ölkəni QHT-lərdən “təmizləməklə” təhdid etməsindən bir gün, təhlükəsizlik qüvvələrinin isə onlarla jurnalist və hüquq müdafiəçilərinin evlərini reyd etməsindən bir həftə sonraya təsadüf edib. Lukaşenko QHT-ləri “quldur və xarici agent” adlandırıb.
Ümumilikdə 51 QHT bağlanmaq təhlükəsi ilə üzləşir. Onlar arasında ölkədəki ən böyük və ən çox hörmət olunan media təşkilatı Belarus Jurnalistlər Assosiasiyası və 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının laureatı yazıçı Svetlana Aleksiyeviçin rəhbərlik etdiyi Belarus PEN Mərkəzi də var.
“Heç kəs bizə niyə ləğv olunduğumuzu bildirmir,” ölkənin qərbindəki Brest şəhərində qaçqınların haqlarını müdafiə edən Human Constanta təşkilatı bəyanatda bildirib.
“Belarusda vətəndaş cəmiyyətinə təzyiqlər intensivləşir,” təşkilat əlavə edib.
Lukaşenko ötən il seçkidə qalib gələrək altıncı müddət prezident olduğunu iddia edəndən sonra başlayan kütləvi küçə etirazlarına qarşı təqiblər zamanı Belarus hüquq-mühafizə orqanları on minlərlə insanı həbs edib, müxalifə liderlərini məcburi şəkildə ölkədən qaçmağa vadar edib və ya həbs edib, jurnalistlərə akreditasiya verməyi rədd edib və ya ölkədən qovub.
Müxalifət və Qərb ölkələri onun yenidən prezident seçildiyinə dair iddialarını qəbul etmir. Qərb avtoritar idarəçini təqibləri azaltması, müxalifətlə dialoqa girməsi, yeni, müstəqil seçki keçirməsi üçüm təzyiq göstərmək üçün bir neçə sanksiya tətbiq edib.
Müstəqil Regionalnaya Qazeta qəzeti iyulun 23-də Minskdən 80 kilometr şimal-şərqdə yerləşən Maladzyeçnada ofisində keçirilən reyddən və bu ayın əvvəlində bir neçə jurnalistinin həbsindən sonra nəşrini dayandırmağa məcbur edildiyini bildirib.
Bir digər jurnalist Kseniya Haluboviç iyulun 23-də Minskdə uşaq xəstəxanasında şəkil çəkərkən həbs olunub.
İnsan haqları qrupları beynəlxalq ictimaiyyəti Belarusun aparıcı jurnalist assosiasiyasını müafiə etməyə çağırıb. BMT-nin insan haqları direktoru isə Belarusda insan haqları qruplarına qarşı təqibləri qınayaraq “tamamilə qəbuledilməz” adlandırıb.
Hüquq-mühafizə orqanları həmçinin ölkədəki aparıcı insan haqları müşahidəçisi Vyasna və Belarusun Helsinki Komitəsini amansızca təqib ediblər.
Vyasna bu ay ofislər, fəallar və jurnalistlərin mənzillərində 200-dən çox reydlərin aparıldığını bildirib.
“Bu kampaniynın məqsədi ölkədəki üçüncü sektoru dağıtmaq, hər hansı vətəndaş fəaliyyətini dayandırmaq, hər hansı təşəbbüsü yatırmaqdır,” Vyasna PEN Mərkəzi, Belarus Helsinki Komitəsi və bir başqa yerli qruplarla birlikdə yaydığı birgə bəyanatda bildirib.