Accessibility links

Belarusda etirazlar zamanı çoxlu jurnalist saxlanılıb


Avqustun 27-də Minskdə keçirilən etirazları işıqlandırarkən AzadlıqRadiosunun saxlanılan altı jurnalistindən biri "icazəsiz kütləvi nümayişin iştirakçısı olmaq" ittihamı ilə üzləşib.

"Vyasna" insan hüquqları mərkəzi tərəfindən tərtib edilmiş siyahıya görə, o, saxlanılan azı 35 jurnalist və ümumilikdə 260-dan çox mülki şəxs arasındadır.

Cərimə və ya həbs cəzası ilə nəticələnə biləcək inzibati xəta ilə üzləşən Andrey Yaroşeviç "Current Time" layihəsi üçün sərbəst video operator kimi fəaliyyət göstərir.

Avqustun 27-də Minskin fərqli yerlərində keçirilən aksiyaları işıqlandıran, Amerikanın Səsinə məxsus və AzadlıqRadiosu tərəfindən idarə olunan "Current Time" layihəsi üçün işləyən ümumilikdə altıjurnalist saxlanılıb. Junralistlər Azadlıq Meydanın və Müstəqillik Meydanında saxlanılıb.

Andrey Yaroşeviçdən başqa digərləri sərbəst buraxılıb.

Yaroşeviçlə yanaşı digər media qurumlarında çalışan üç jurnalist də avqustun 28-də Belarus hakimiyyətinin nəzarətində saxlanılıb.

Onlar həmçinin Belarusiya İnzibati Xətalar Məcəlləsinin 23.34-cü maddəsi - icazəsiz kütləvi aksiyada iştirak etmək ittihamı ilə üzləşib.

Nümayişçilər 27 avqustda paytaxtın Azadlıq Meydanında toplaşdığı vaxt 17 xarici və yerli media qurumuna işləyən jurnalist saxlanılıb.

Əlavə 18 jurnalist nümayişlər Müstəqillik Meydanına keçdikdən sonra saxlanılıb. Polisin burada 260 adamı saxladığı bildirilir.

Daxili İşlər Nazirliyi saxlanılan jurnalistlərin polis məntəqələrinə aparılaraq orada onların akkreditasiyasının yoxlanıldığını bildirib.

Həbslər 9 avqust seçkilərininin nəticələrinə etiraz olaraq keçirilən aksiyalar zamanı baş verib. Nümayişçilər və müxalifət liderləri səslərin prezident Aleksandr Lukaşenkonun lehinə saxtalaşdırıldığını iddia edərək bu nəticələrə qarşı çıxır.

Nümayişçilərə qarşı polis qəddarlığı, işgəncə və döyülmələrə dair sübutlar geniş yayılıb.

Aparıcı müxalif namizəd Svetlana Tixanovskaya bu həftə Avropa Parlamentinə verdiyi açıqlamada azı altı adamın öldüyünü və onlarla etirazçının səlahiyyətlilər tərəfindən tutulduqdan sonra itkin düşdüyünü bildirib.

XS
SM
MD
LG