Belarus ABŞ-la razılığa əsasən yüksək dərəcədə zənginləşdirilmiş uranı məhv etmək planını dayandırdığını elan edib.
Xarici işlər nazirliyi yeni sanksiyalar üzündən layihəni dondurduöunu bəyan edib. Qurum Amerikanın addımlarını əməkdaşlıq ruhuna zidd adlandırıb.
Rəsmi Vaşinqton ötən həftə belarus siyasi basqılara cavab olaraq iqtisadi sanksiyalar tətbiq edib. Ölçülər prezident Aleksandr Lukaşenkonun nəzarətində olan dörd firmanı hədəf alır.
Belarus polisi cənab Lukaşenkonun 17 illik hakimiyyətinə etiraz edən yüzlərlə adamı həbs edib. Onlarla adam nümayişlərdə iştiraka görə həbs cəzalarına məhkum ediliblər.