Bolqarıstanın Xarici İşlər Nazirliyinin bəyanatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko bütün siyasi məhbuslarına azad ediləcəyinə vəd verib. Bəyanat keçən həftə Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenovun Belarus prezidenti ilə Minsk görüşündən sonra verilir. Bəyanata rəsmi Minsk hələ münasibət bildirməyib. Lakin Avropa İttifaqındakı həmkarlarına ünvanladığı məktubda Mladenov bildirib ki, həftə sonunadək Lukaşenko 4 siyasi məhbusun, qalanlarının isə oktyabrın əvvəllərində azadlığa buraxılacağına söz verib. Mladenov onun müxalifətlə dəyirmi masa təşkil edəcəyinə də vəd verdiyini bildirib. Belarus Avropa İttifaqı və Belarus hökumətinə qarşı sanksiyalar tətbiq edən ABŞ-la münasibətlərini normallaşdırmağa çalışır. Bundan əlavə Belarus milli valyutasının devalvasdiyasına vadar edən iqtisadi böhran içərisindədir.
Belarus prezidenti Aleksandr Lukaşenko bütün siyasi məhbuslarına azad ediləcəyinə vəd verib
- Amerikanın səsi