Accessibility links

Avropa İttifaqı Polşa və Belarus sərhədindəki qaçqınlara yardım üçün 700 min avro ayırıb


Avropa Komissiyasının bəyanatında bildirilib ki, Avropa İttifaqı Polşa və Belarus sərhədindəki qaçqınlara yardım üçün 700 min avro ayırıb.

Bu məbləğdən 200 min avro Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara təşkilatlarına veriləcək ki, bu da Belarusun Qırmızı Xaç Təşkilatının sərhədə toplaşan miqrantlara humanitar yardım çatdırmasını təmin edəcək.

Hazırda Avropa Komissiyası beynəlxalq humanitar təşkilatlarla qalan 500 min avrodan istifadə yollarını müzakirə edir.

Belarusun Polşa, Litva və Latviya ilə sərhədində miqrasiya böhranı 2021-ci ilin yayında başlayıb. Hasarların tikintisi, sərhədlərin möhkəmləndirilməsi və sərhədyanı ərazilərdə fövqəladə vəziyyətin tətbiq edilməsinə baxmayaraq, Suriya, İraq və Yaxın Şərqin digər ölkələrdən Belarusa yüz minlərlə insan gəlməkdə, sonra isə başqa ölkələrə keçmək üçün sərhədə doğru getməkdə davam edir.

Polşanın sərhəd qüvvələri çərşənbə günü Belarusla sərhəddə onlara daşlarla hücum edən miqrantlara qarşı su şırnaqlarından istifadə etdiklərini bildirib.

Polşa Müdafiə Nazirliyinin bildirdiyinə görə, əsgərlərə və sərhəd qoşun qüvvələrinə daş və digər əşyalarla hücum edilib.

Daxili İşlər Nazirliyi isə miqrantların hasarları sökməyə cəhd göstərdiklərini əks etdirən video yayımlayıb.

XS
SM
MD
LG