Accessibility links

Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyaları nəzərdən keçirir


Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyaları nəzərdən keçirir
Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyaları nəzərdən keçirir

Avropa İttifaqı keçən ay prezident seçkisindən sonra nümayişlərin qəddarcasına yatırılmasına görə prezident Aleksandr Lukaşenko da daxil olmaqla, Belarusun bir sıra rəsmiləri üçün viza qadağası tətbiq etməyi nəzərdən keçirir. Almaniyanın Suddeutsche Zeitung qəzeti hökumət mənbələrinə istinadən məlumat verib ki, kansler Angela Merkel Belarus rəsmilərinin 27 üzvü olan birliyin hər bir ölkəsinə səfərlərinə qadağa qoyulmasına çalışan Avropa liderləri arasındadır. İsveçin xarici işlər naziri Karl Bildt də məhdudiyyətlərə çağırıb. Avropa İttifaqı Belarus rəsmilərinə qarşı eyni qadağanı iki il bundan əvvəl dayandırmışdı. Mümkün yeni sanksiyarların bu ayın sonu Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə müzakirəyə çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG