Accessibility links

Behnam Şeyxi və Həmid Mənafi Nadarlı Evin həbsxanasına dönüblər


Behnam Şeyxi və Həmid Mənafi
Behnam Şeyxi və Həmid Mənafi

İranın Tehran şəhərində yaşayan iki azərbaycanlı fəal Behnam Şeyxi və Həmid Mənafi Nadarlı məzuniyyətlərinin bitməsi ilə Evin Həbsxanasına dönüblər.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, İranda COVİD-19 pandemiyası səbəbi ilə məzuniyyətə buraxılan Behnam Şeyxi ilə Həmid Mənafi Nadarlı məzuniyyətlərinin bitməsi ilə Tehranın Evin Həbsxanasına qayıdıblar.

Noyabrın 23-də bazar ertəsi günü Evin həbsxanasına qayıdan milli fəallar, oktyabrın 14-də məzuniyyətə buraxılmışdılar.

Behnam Şeyxi daha əvvəl sentyabrın 15-də və Həmid Mənafi Nadarlı isə sentyabrın 16-da İran həbsxanalarında COVİD-19 xəstəliyinin yayılması səbəbi ilə məzuniyyətə buraxılıb və oktyabrın 6-da Evin Həbsxanasına qaytarılmışdılar.

Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Əlirza Fərşi, Əkbər Azad və və bir sıra digər milli fəal 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar qeyd olunan bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət göz altında qaldıqdan sonra məhkəmənin qərarına qədər müvəqqəti girov müqabilində sərbəst buraxıldılar.

Behnam Şeyxi 2016-cı ildə, Bəharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Xuzistan vilayətində yerləşən Məscid Süleymana iki il sürgün cəzasına məhkum edilib.

Həmid Mənafi Nadarlı isə eyni məhkəmə iclasında eyni ittihamlar ilə 10 il həbs cəzası və Loristan əyalətindəki Əzna şəhərinə iki il sürgün cəzasına məhkum edilib.

Milli fəallara verilən bu cəzalar, Hakim Babayinin sədrliyi ilə Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Behnam Şeyxi Həmid Mənafi Nadarlı ilə eyni gündə bu ilin iyul ayının 21-də Tehrandaki iş yerlərində İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub və iki illik həbs cəzalarını çəkmək üçün Tehranın evin həbsxanasına köçürülüblər.

Bu iki milli fəal indiyə kimi fəaliyyətlərinə görə dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər.

İranda və habelə İran həbsxanalarında COVİD-19 xəstəliyinin yayılmasından dolayı bir çox sayda məhbusa məzuniyyət verilməsinə baxmayaraq, çox sayda milli fəal, o cümlədən tanınmış iki siyasi məhbus - Lətif Həsəni və Abbas Lisani bu hüquqdan məhrum edilərək, həyatları üçün təhlükə ilə üzləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG