Volkswagen Beetle avtomobillərinin istehsalını dayandırır. Sonuncu avtomobil Meksikadakı Puebla zavodunda çərşənbə günü istehsal edilib.
Almaniyanın Volkswagen şirkəti Nasist Partiyasının lideri Adolf Hitlerin "insanların maşını" adlandırdığı Beetle avtomobillərinin istehsalına 1930-cu illərdən başlayıb.
Avtomobillərin İkincü Dünya Müharibəsindən sonra nasist Almaniyası ilə əlaqəsini kəsərək yeni istehsala başlanmış və 1960-cı illərdə hippilərin sevimli maşını olmuşdu.
Avtomobilə Uolt Disneyin 1968-ci ildə çəkdiyi “Sevgi səhvi” filmi daha bir məşhurluq gətirmişdi. Filmdə Herbi adlı maşın Kalifrniyanın maşın yarışlarında sensasiya yaratmışdı.
Volkswagen 1998 və 2012-ci illərdə maşının modelini dəyişsə də, orijinalı qədər uğura nail ola bilməmişdi.
Şirkət Beetle-ların Almaniyada istehsalını 1970-ci illərdən bəri dayandırıb.