Accessibility links

Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etirazlarını bildirib


Bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etirazlarını bildirib
please wait

No media source currently available

0:00 0:04:41 0:00

Bu ilin aprelində bağlanan 4 bankın bir qrup əmanətçisi növbəti dəfə Mərkəzi Bankın binasının qarşısında etiraz aksiyası keçirib. Onlar Konstitusiya Məhkəməsinin qərarının yubanmasına və aidiyyəti qurumların onlara konkret cavab verməməsinə etiraz edir. Şikayətçilərin bildirdiyinə görə, əvvəlki müraciətlərinə Mərkəzi Bankın sədri Elman Rüstəmov problemin 1 həftə içərisində həllini tapacağını bildirsə də, lakin heç bir nəticə əldə olunmayıb. Aksiya zamanı Mərkəzi Bankın nümayəndəsi Alim Quliyev etirazçıların qarşısına çıxaraq məsələnin araşdırıldığını və əmanətçilərə problem yaradan banklarla bağlı tədbirlər görüləcəyini bildirib. Lakin etiraz edən əmanətçilər nümayəndənin cavablarından narazı qalıblar. Aksiya iştirakçıları məsələ həll olunanadək Mərkəzi Bankın qarşısında etirazlarını bildirməyə davam edəcəklərini deyirlər. Polis aksiya zamanı COVİD-19-la bağlı qaydalara əməl olunmasına, sosial məsafənin saxlanılmasına nəzarət edib. Aksiya insidentsiz ötüşüb.

XS
SM
MD
LG