Türkiyədə bazar günü keçiriləcək parlament seçkilərində Ədalət və İnkişaf partiyasının asanlıqla qələbə əldə edəcəyi gözlənilir. Baş nazir Rəcəp Tayyib Ərdoğan hakim partiyasının konstitusiyada dəyişiklik etmək imkanı yaradacaq parlamentdəki yerlərin üçdə ikisini əldə edəcəyinə ümid bəslədiyini bildirir. AKP-dən namizəd Volkan Bozkir yeni konstitusiyada Türkiyənin şərq bölgəsində müstəqillik mübazirəsi aparan kürdlərin də hüquqlarının nəzərə alınacağını deyib. Ərdoğanın tənqidçiləri onu özunun rəhbərliyi ilə prezidentli bir rejimin təsis edilməsingə günahlandırır. Onun onsuz da hakimiyyətindən hədsiz dərəcədə istifadə etdiyi və ölkəni dünyəviçilikdən yayındırdığı haqda ittihamlar irəli sürülür.