Accessibility links

Bazar günü İraqın hərbi bazasına qarşı hücumun məsuliyyətini Əl-Qaidə üzərinə götürüb


A
A

Bazar günü İraqın hərbi bazasında 12 nəfərin ölümü, 36 insanın yaralanmasına səbəb olan hücumun məsuliyyətini Əl-Qaidə üzərinə götürüb.Qrupun veb səhifəsində yayımlanan bəyanatda deyilir ki, Rusafa hərbi komandanlığına qarşı hücumu 5 intiharçı həyata keçirib

Bazar günü İraqın hərbi bazasında 12 nəfərin ölümü, 36 insanın yaralanmasına səbəb olan hücumun məsuliyyətini Əl-Qaidə üzərinə götürüb.Qrupun veb səhifəsində yayımlanan bəyanatda deyilir ki, Rusafa hərbi komandanlığına qarşı hücumu 5 intiharçı həyata keçirib. İraq polisinin bildirdiyinə görə, hücumçular mikro-avtobusa yerləşdirilən partlayıcı qurğunu bazanın arxa darvazası yaxınlığında işə salıb. Onların bir necəsi kamikadze gödəkcələri geymiş, digərləri isə atışma zamanı öldürülmüşlər. Hadisə zamanı 5 İraq əsgəri həlak olub.

XS
SM
MD
LG