Accessibility links

Bayram Məmmədov həbs edilib


Bayram Məmmədov barəsində həbs-qətimkan tədbiri seçildi
Bayram Məmmədov barəsində həbs-qətimkan tədbiri seçildi

Prezident İlham Əliyevin sonuncu әfv sәrәncamı ilә azadlığa çıxan, hüquq müdaifəçiləri tərəfindən siyasi mәhbus kimi tanınan Bayram Mәmmәdov martın 30-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutka inizibati həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinə Bayram Məmmədovun atası Fərman Bayramov məlumat verib.

“Bu gün, martın 30-da sahə müvəkkili evimizə gəldi ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırılır. Bayram və mən birlikdə 12-ci Polis Bölməsinə getdik. Oradan Bayramı Sabunçu rayon Polis İdarəsinə apardılar. Sonra isə onu Sabunçu rayon Məhkəməsinə apararaq İnizbati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutka inzibati həbsə məhkum ediblər”, Fərman Bayramov qeyd edib.

Bayram Məmmədov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. O hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus, Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb. Məmmədov insanlar arasında “heykəl məhbusu” kimi də tanınır.

Belə ki, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıb. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası mərhum Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs ediliblər. Bu hadisəyədək hər il Heydər Əliyevin ad günündə (mayın 10-da) onun abidəsi önündə “Gül bayramı” keçirilirdi, çoxsaylı müxtəlif növ güllər, gül çəlləngləri, güldən düzəldilmiş müxtəlif əsərlər nümayiş etdilirdi.

XS
SM
MD
LG