Accessibility links

Bayden əfqanların gələcəkləri ilə bağlı artıq özlərinin qərar verməli olduqlarını deyir


ABŞ Prezidenti Co Bayden və Əfqanıstan Prezidenti Əşrəf Qani
ABŞ Prezidenti Co Bayden və Əfqanıstan Prezidenti Əşrəf Qani

“Əfqanlar öz gələcəkləri ilə bağlı qərar verməli olacaqlar,” ABŞ Prezidenti Co Bayden cümə günü Əfqanıstan Prezidenti Əşrəf Qani ilə ilk üz-üzə görüşü zamanı bildirib.

İki lider ABŞ cənub-şərqi Asiya ölkəsindən qüvvələrini çıxarmağa davam etdiyi bir vaxt Ağ Evdə görüş keçiriblər.

Bayden israr edib ki, Vaşinqtonun dəstəyi bitməyəcək. Prezident deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanın ordusunu uzaqdan dəstəkləməyə, habelə iqtisadi və siyasi yardımla təmin etməyə davam edəcək.

“Biz sizinlə qalacağıq,” Bayden deyib.

“Dəyərlər seçimi

Baydenlə görüşən Qani deyib ki, Əfqanıstan Amerikanın son iyirmi ildə onun ölkəsini müdafiə edərkən verdiyi canlar və pullara görə minnətdardır. İndi isə ölkə Talibana qarşı birbaşa özü mübarizə aparacaq.

Qani özünün bu yol ayrımındakı vəziyyətini 1861-ci ildə ABŞ-da şimal ştatlarla üsyançı cənubi ştatlar arasında müharibənin başlanğıcında Prezident Abraham Linkolnun vəziyyətinə bənzədib.

“Bu, dəyərlər, xaric edən, və ya daxil edən sistem dəyərlərinin seçimidir. Biz birlik, tutarlılıq, milli fədakarlıq hissinə sahib olmaqda qərarlıyıq və bunun üçün heç nəyi əsirgəməyəcəyik,” Əfqanıstan prezidenti cümə günü deyib və əlavə edib ki, onun hökumət qüvvələri Talibandan “həm şimal həm də cənubda altı rayonu geri alıb.”

“Qani əlavə edib ki, “Biz hər ehtimalın öhdəsindən gələcəyik.”

Bundan öncə isə Pentaqonda müdafiə naziri Lloyd Austinlə görüşü zamanı Əfqanıstan Prezidenti müxbirin ABŞ-ın kəşfiyyat təhlilində onun hökumətinin Amerikanın qüvvələrini geri çəkməsindən altı ay sonra devrilə biləcəyinə dair çıxarılan nəticə ilə bağlı sualına gülümsəyərək, “Buna bənzər çox proqnozlar olub və onların hamısı yalan çıxıb,” deyə, cavab verib.

“Biz Əfqanıstan hökuməti və ordusu ilə tərəfdaş olaraq qalacağıq. Və biz ortaq məqsədimizə doğru yeni və fərqli bir yolla irəliləcəyik,” Austin deyib.

Cümə axşamı Qani və ölkənin birlik hökumətinin baş icraçısı Abdullah Abdullahla görüşdən sonra senator Mitç Makkonnel deyib ki, Baydenin ABŞ qüvvələrini çıxarmaq qərarı “bizim əfqan tərəfdaşlarımızı onun öz baş müşavirlərinin də təhlükəli və daha da pisləşdiyini etiraf etdiyi təhdidlərə qarşı yalnız buraxacaq. Bizim geri çəkilməyimizlə cəsarətlənən Taliban illərdir xüsusilə də əfqan qadınlarının haqları sahəsində əldə olunan irəliləyişləri ləğv edir.”

“Cümə günü Senatın azlıq liderinin naharatlıqları ilə bağlı suala cavab olaraq Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, Bayden “bu müharibənin qazana bilinəcək bir müharibə olmadığına dair düşüncəsinə uyğun olaraq, bu müharibədə 20 il döyüşəndən sonra ABŞ qoşunlarını evə qaytarmaq qərarı verib.”

Sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun sözlərinə görə, Qaninin Ağ Evə səfəri “Əfqanıstanın gələcəyi üçün tamamilə kritik idi.” O bunu “Prezident Baydeni bütün Amerika qüvvələrini çıxarmaq qərarını dəyişmək olmasa da, ən azından Əfqanıstan xalqına bizim ölkəni tərk etmədiyimizə inam vermək üçün Amerikanın dəstəyinin davam edəcəyinə dair bir işarə verməyə inandırmağa çalışmaq üçün” son şans adlandırıb.

Sabiq Prezident Donald Trampın administrasiyasında xidmət göstərən Bolton Amerikanın Səsinin əfqan xidmətinə deyib ki, “Biz Birləşmiş Ştatların ölkəni tamamilə tərk etmədiyini, bunun Vyetnamdakı vəziyyət olmadığını göstərməyin əlavə yollarını tapmalıyıq.”

ABŞ qüvvələrinin 1975-ci ildə xaotik şəkildə Cənubi Vyetnamdan çıxması ölkəni Haoydakı kommunistlərə təhvil verən sülh razılığının imzalanmasından sonraya təsafüd etmişdi.

XS
SM
MD
LG