Accessibility links

Bayden və Ərdoğan Əfqanıstan məsələsində razılığa gəliblər, amma S-400 məsələsi həll olunmayıb


ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə axşamı bildirib ki, Prezident Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə keçirdiyi görüşdə ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarması ilə əlaqədar olaraq Türkiyənin Kabil hava limanının təhlükəsizliyini təmin etməkdə önəmli rol oynayacağı barədə razılığa gəlib.

Lakin Sallivan bildirib ki, liderlər Türkiyənin Rusiyadan S-400 müdafiə sistemini alması ilə əlaqədar uzun müddətdir mübahisə ətrafında razılığa gələ bilməyib. Bu mübahisə iki NATO müttəfiqi arasında əlaqələri gərginləşdirib. Sallivan məsələ ilə bağlı dialoqların davam edəcəyini bildirib.

Sallivan jurnalistlərə bildirib ki,Bayden və Ərdoğan bazar ertəsi baş tutan NATO zirvəsində Əfqanıstan məsələsini müzakirə ediblər. Ərdoğan hava limanının təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın müəyyən formada dəstəyini istəyib və Bayden bu dəstəyi verməyə qərar verib, Sallivan deyib.

"Liderlərlər tərəfindən açıq şəkildə Türkiyənin Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etməkdə aparıcı rol oynayacağına dair açıq vədlər olub və biz indi bunu necə icra edəcəyimiz üzərində işləyirik" deyən Sallivan məsələ ilə bağlı ABŞ tərəfindən ilk detalları açıqlayıb. Lakin Türkiyə tərəfi hələ ki, məsələ barədə açıqlama verməyib.

Türkiyə ilə ABŞ arasında Ankaranın Rusiyadan silahlar alması və Suriya ilə Şərqi Aralıq dənizindəki fikir ayrılıqları səbəbindən Bayden Ərdoğan arasındakı ilk üz-üzə görüşün uğurulu olacağı yönündən gözləntilər az idi.

Lakin liderlər görüşdən sonra konkret hansı mözvularda irəliləyiş əldə etdiklərini açıqlamasa da, müsbət tonda çıxış ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım elan edib
please wait

No media source currently available

0:00 0:11:58 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG