Birləşmiş Ştatlar Ukraynada ölənlərin sayının artdığı bir vaxt vəziyyətlə əlaqədar dərin narahatlığını ifadə edib və prezident Viktor Yanukoviçi gərginliyin azadılmasına və müxalifətlə dərhal dialoqu bərpa etmyə çağırıb.
ABŞ-ın vitse-prezidenti Co Bayden Kiyevdə zorakılıqların baş verdiyi gün prezident Yanukoviçlə telefon söhbəti zamanı ona Vaşinqtonun qəti mövqeyini çatdırıb.
Birləşmiş Ştatların zorakılıqlara görə hər iki tərəfi qınamasına baxmayaraq, Co Bayden gərginliyin artmasına görə Ukrayna hökumətinin məsuliyyət daşıdığını deyib.
Co Bayden dərin narahatlıq bildirib və prezident Yanukoviçi hökumət qüvvələrini geri çəkməyə və maksimum təmkin göstərməyə çağırıb.
Ağ Evin bəyanatına əsasən Bayden etirazçıların qanuni şikayələtini ünvanlamaq və siyasi islahatların keçirilməsi üçün ciddi təkliflərin qoyulmasına yol açmaq məqsədilə müxalifət liderləri ilə dərhal dialoqa başlanılmasının vacibliyini vurğulayıb.
Kiyevdə toqquşmalar zamanı 25 adamın öldüyü haqda məlumat verilib. Məlumatlarda təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalarda mülki vətəndaşlar və polis işçiləri daxil olmaqla, ölənlərin və yaralananların sayının artdığı bildirilir.
Bu, prezident Viktor Yanukoviç Ukraynanı Rusiyaya yaxınlaşdıraraq, Avropa İttifaqı ilə ticarət sazişindən imtina etdikdən sonra onun istefası çağırışları ilə keçirilən etiraz nümayişlərinin başlamasından bəri ən ciddi toqquşmalardır.
Co Bayden prezident Yanukoviçlə telefon söhbəti zamanı eyni zamanda, Birləşmiş Ştatların böhranın Ukrayna xalqının istəkləri və arzularını əks etdirən dinc yolla həlli səylərinə sadiq qaldığını çatdırıb.
ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynada baş vermiş son zorakılıq hadisələri ilə əlaqədar öz veb səhifəsində məlumat yerləşdirib və ABŞ vətəndaşlarına küçələrə çıxmamaq barədə xəbərdarlıq edib.
Vitse-prezident Baydenin prezident Yanukoviçlə telefon söhbətindən öncə Ağ Evin sözçüsü Cey Karni ABŞ-ın zorakılıqlarla bağlı narahatlığını bildirərək, prezident Yanukoviçi gərginliyi azaltmağa və müxalifətlə dərhal dialoqa başlamağa çağırdığını bəyan edib.