Accessibility links

Bayden Türkiyəyə səfər edəcək


ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Vaşinqton, 31 mart 2016
ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Vaşinqton, 31 mart 2016

ABŞ-ın vitse-prezidenti Co Bayden avqustun 24-də Türkiyəyə səfər edəcək. Bu barədə Ağ Evdə verilən açıqlamada bildirilir.

Bu, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra yüksək səviyyəli Qərb liderinin ölkəyə ilk səfəri olacaq. Baydenin səfəri Ankara və Vaşinqton arasında münasibətlərdə dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham edilmiş ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin ekstradisiyası ilə bağlı gərginliyin yarandığı vaxta təsadüf edir.

Türkiyənin dövlətə məxsus Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən, Türkiyə rəsmiləri çevriliş cəhdi ilə əlaqədar olaraq Fətullah Gülənin həbsi ilə bağlı ABŞ-a rəsmi müraciət hazırlayıb.

"Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşması Gülənin ekstradisiyasından asılıdır və bu məsələdə müzakirələrə yer yoxdur."-Baş nazir Binali Yıldırım

​Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin din xadiminin ekstradisiya ilə bağlı Vaşinqtondan "müsbət siqnallar" aldığını bildirib.

Lakin Baş nazir Binali Yıldırım vitse-prezident Baydenin səfərinin məsələdə güzəştlə bağlı müzakirələrə yol açmamalı olduğunu deyib.

CNN Türk telekanalının verdiyi məlumata əsasən Binali Yıldırım deyib: "Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşması Gülənin ekstradisiyasından asılıdır və bu məsələdə müzakirələrə yer yoxdur."

Birləşmiş Ştatlar isə bildirib ki, onun Türkiyəyə qaytarılmasını əsaslandırmaq üçün prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş müttəfiqi olan din xadiminə qarşı dəlil göstərilməlidir.

XS
SM
MD
LG