ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin Cenevrədə ilk zirvə görüşünü müsbət və konstruktiv kimi qiymətləndirib. Lakin zirvə görüşünün müsbət tonda başa çatmasına baxmayaraq, ABŞ və Rusiya arasında ciddi fikir ayrılıqları qalmaqda davam edir. İnsan haqları, kiber təhlükəsizlik və ukrayna ilə bağlı məsələlər sammitin diqqət mərkəzində olub. Zirvə görüşündən sonra açıqlama verən prezident Bayden növbəti ayların iki ölkə arasında münasibətlərdə inkişaf üçün bir test olacağını bildirib.
ABŞ prezidenti Co Bayden İsveçrədə Cenevrədə keçən görüşə qiymət verdi.
“Düşünürəm ki, ümumilikdə dörd saat davam edən bütün görüşlərin tonu yaxşı və müsbət idi.”
Rusiya prezidenti Vladimir Putin tərəfindən müsbət ton qeyd edildi: “Söhbət tamamilə konstruktiv oldu.”
Tərəflər strateji sabitlik və kibertəhlükəsizliyə dair danışıqlara başlamaq barədə razılığa gəlib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Sayrus Nyulin:
“Qarşılıqlı cəzalandırma və diplomatik münasibətlərin daralma modelindən çıxmağımız hər iki tərəf üçün vacibdir, bu, divident gətirir. Lakin konkret nəticələr və rusların davranışlarında dəyişikliklərə gəldikdə, bunu yalnız sonrakı iki ay göstərəcək.”
Lakin zirvə görüşünün İsveçrədə əvvəllər mühüm razılaşmalara səhnə olan 19-cu əsrə aid villada keçirilməsinə baxmayaraq, xüsusilə də ordu ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında illərdir münaqişənin alovlandığı Ukrayna ilə bağlı fikir ayrılığı qalmaqdadır.
ABŞ prezidenti Co Bayden: “Birləşmiş Ştatların Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı sarsılmaz öhdəliyini ifadə etdim.”
Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmağa çalışır. Moskva bunu qəbul etməyəcəyini bəyan edir.
Bayden həbsdə olan Rusiya müxalifət lideri Aleksey Navalnının işi də daxil olmaqla, insan haqlarına dəstəyin vacibliyini vurğulayıb.
Putin siyasi rəqiblərinə qarşı təzyiqləri rədd edib və Qaraların Həyatı Mühümdür etirazları zamanı ABŞ-da qarışıqlıqlara diqqət çəkib. O, Navalnı məsələsində də geri çəkilməyib.
“O (Navalnı) tutulmaq məqsədi ilə qəsdən hərəkət edərək (Rusiyaya geri), gəldi qayıtdı. O istədiyini etdi”, Putin bildirib.
Bayden Moskvanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsi məsələsində 2018-ci ildə ABŞ kəşfiyyat agentlikləri deyil, Putinin tərəfini tutan sələfi Donald Trumpdan fərqli olduğunu açıq şəkildə bildirib.
“Bu gün prezident Putin inkar etməsində son dərəcə güclü və qüdrətli idi”, ABŞ-ın 45-ci prezidenti Donald Tramp deyib.
ABŞ prezidenti Co Bayden: “Demokratik suverenliyimizi pozmaq və ya demokratik seçkilərimizi sabitsizləşdirmək cəhdlərinə dözməyəcəyimizi açıq şəkildə bildirdim, biz cavab verəcəyik.”
Bayden həmçinin Putinə Rusiyanın kiberhücuma başlayacağı halda, “kiber məkanda” cavab veriləcəyini bildirib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Sayrus Nyulin:
“Bayden Rusiyanın kiber güc deyil, çox, olduqca, bacarıqlı və kiber imkanlarından istifadə edərək ABŞ-a böyük ziyan vura bilən bir dövlət olduğunu dərk edərək, verilən hər hansı cavabın mütənasib olmasında diqqətli olacaq.”
Prezident Bayden müttəfiqlərlə transatlantik münasibətləri möhkəmləndirmək üçün bir həftə davam edən tura yekun vuraraq, Putinlə zirvə görüşündən dərhal sonra Vaşinqtona qayıdıb.