Accessibility links

Co Bayden "Juneteenth" gününü federal bayram edən qanunu imzaladı


ABŞ Prezidenti Co Bayden cümə axşamı Birləşmiş Ştatlarda quldarlığa son qoyulmasını qeyd edən yeni federal bayramla bağlı qanunu imzalayıb.

“Juneteenth” Milli Müstəqillik Günü hər il iyunun 19-da qeyd olunacaq.

Bayram 1865-ci ildə İttifaq əsgərlərinin Texasın Qalvenston şəhərində köləlik edən bir qrup qaradərili insane azad olunduqlarını bildirdiyi gün qeyd olunur. Bu, Prezident Abraham Linkolnun Azadlıq Elanını (Emancipation Proclamation) imzalamasından 2 il yarım sonra baş verib.

ABŞ-ın bir çox ştatında Juneteenth artıq bayram kimi qeyd olunurdu.

Juneteenth ABŞ-da mövcud 10 federal bayramlara əlavə olunacaq və 1983-cü ildə Martin Luter Kinq Cunior Günü bayram elan olunandan bəri federal bayramlar siyahısına daxil olan ilk bayramdır.

Qanun layihəsi Bayden tərəfindən imzalanmadan öncə çərşənbə axşamı Senatda yekdilliklə qəbul edilib, çərşənbə günü isə 415-14 səs fərqi ilə Nümayəndələr Palatasında təsdiq olunmuşdu.

XS
SM
MD
LG