Yeni seçilmiş prezident Co Baydenin İnaqurasiya Komitəsi ABŞ-da yüz minlərlə insanın həyatına son qoyan koronavirus böhranı zamanı baş tutacaq andiçmə mərasimində ictimai sağlamlığın qorunması tədbirlərini açıqlayıb.
Komitənin açıqlamasında açılış mərasimləri üzrə Birgə Konqres Komitəsi ilə əməkdaşlıq edildiyi, "andiçmə mərasimində amerikalıların təhlükəsizliyini qorumaq və COVID-19-un yayılmasının qarşısını almaqla müqəddəs Amerika ənənələrinə ehtirama riayət" etməyə çalışıldığı bildirilir.
Komitənin bəyanatında deyilir ki, yanvarın 20-də Bayden və yeni seçilmiş vitse-prezident Kamala Harris “güclü sağlamlıq və təhlükəsizlik protokolları” ilə ABŞ Kapitilisində and içəcək. "Mərasimin izlənməsi son dərəcə məhdud olacaq və daha sonra Bayden inqurasiya nitqi ilə çıxış edəcək.
Komitə amerikalıları günün açılış mərasiminin təşkili zamanı evdə qalmağa çağırır.
“Pandemiya ölkə boyu ictimai sağlamlığa ciddi təsir göstərməkdə davam edir. Amerikalılar hər yerdə virusun yayılmasına mane olmaq üçün əllərindən gələni etməlidir: maskalar taxmaq, evdə qalmaq və toplantıları məhdudlaşdırmaq. Amerikalılardan özlərini, ailələrini, dostlarını və icmalarını qorumaq üçün andiçmə tədbirlərində iştirak etməmələrini xahiş edirik ”- deyə,komitənin baş tibbi məsləhətçisi Dr. David Kessler bildirib.
Prezident Donald Trampın andiçmə mərasimində iştirakı hələ bəlli deyil.
Bazar günü Fox News ilə müsahibəsi zamanı mərasimdə iştirak edib-etməyəcəyini soruşulduqda, hələ də seçki nəticələrini ləğv etmək üçün uğursuz bir mübarizə aparan Tramp "bu barədə danışmaq istəmirəm" cavabını verib.
ABŞ aylardır koronavirus infeksiyalarına yoluxma və bununla əlaqədar ölüm hallarına görə dünyada liderliyini saxlamaqdadır.
John Hopkins Universitetinin statistikasına görə, Amerika dünyanın 73 milyon koronavirusa yoluxma hallarının 16,5 milyonundan çoxu və 301 200-dən çox COVID-19 ölüm hallarına ev sahibliyi edir.