Accessibility links

Co Bayden koronavirusun artan Omikron variantı ilə mübarizə üçün yeni planını açıqlayıb


ABŞ Prezident Co Bayden çərşənbə axşamı koronavirusun artan Omikron variantı ilə mübarizə üçün yeni - federal səhiyyə işçilərini işçi qüvvəsi çatışmayan xəstəxanalara göndərilməsi, ölkə boyu tibbi avadanlıqların əvvəlcədən yerləşdirilməsi və 500 milyon COVID-19 test dəstinin pulsuz paylanması planını açıqlayıb.

Bayden Ağ Evdəki açıqlamasını ABŞ-da koronavirus hallarının sayının yenidən nəzərəçarpacaq dərəcədə artdığı, bazar ertəsi günü 143 min yoluxma, 1300 ölümün qeydə alındığı vaxta edib. Yeni halların təxminən dörddə üçü yüksək yoluxma qabiliyyətinə malik olan Omikron variantı ilə bağlıdır.

Bayden onu da qeyd edib ki, tam peyvənd olunmuş, xüsusən də gücləndirici doza vurulan insanlar qarşıdan gələn Milad və Yeni İl bayramlarını ailəsi və dostları ilə təhlükəsiz şəkildə qeyd edə bilər.

"Biz hamımız Omikrondan narahat olmalıyıq, amma panikaya düşməməliyik" - deyə, Bayden bildirib.

O, "Əgər siz tam peyvənd almamısınızsa, narahat olmaq üçün səbəbiniz var" deyib. Bayden ABŞ-da peyvənd olunmamış 40 milyon insanın peyvənd olunmalı olduğunu və bunun "ölkə qarşısında vətənpərvərlik borcu" olduğunu bildirib.

"Seçiminiz [peyvənd olunmaqdan asılı olmayaraq] həyat və ölüm arasında seçim ola bilər. Zəhmət olmasa, peyvənd edin. Bu, yeganə məsuliyyətli işdir" - deyə, o vurğulayıb.

Lakin artan Omikron təhlükəsi ilə belə, Bayden ABŞ-ın minlərlə müəssisə və məktəbinin bağlandığı 2020-ci ilin martında olduğu kimi koronavirus pandemiyasının ilk günlərinə qayıtmayacağını bildirib və "qətiyyən yox" deyib.

O, amerikalılara "Bilirəm ki, yorulmusunuz. Bilirəm ki, məyussunuz. Biz bunun öhdəsindən gələcəyik. Amerika üçün çox böyük problem yoxdur" deyib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, 2021-ci ilin əvvəlində 1%-dən az olduğu halda, hazırda təxminən 204 milyon amerikalı və ya əhalinin 61%-i tam peyvənd olunub. Mütəxəssislərin fikrincə bu, Omikron variantından maksimum müdafiə deməkdir.

XS
SM
MD
LG