Accessibility links

ABŞ prezidenti COVID-19 peyvəndinin gücləndirici dozası barədə açıqlama verəcək


ABŞ Prezidenti Co Bayden çərşənbə günü yoluxmaların qarşısını almaq və virusa qarşı qorunmanı gücləndirmək üçün artıq peyvənd olunmuş şəxslərə COVID-19 peyvəndinin başqa bir dozasının vurulması barədə açıqlama verəcək.

Bayden açıqlamasını administrasiyanın COVID-19-la Mübarizə Komandasının üzvləri ilə görüşdən sonra edəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı ABŞ-da artıq tam peyvənd edilmiş insanlara 8 aydan sonra daha bir gücləndirici dozanın vurulmasının tövsiyə edəcəyi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.

Lakin o, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, hökumət aylar boyu Ərzaq və Dərman İdarəsi gücləndirici peyvənd proqramını tövsiyə edərsə deyə insanları vaksinlə təmin etmək üçün kifayət qədər peyvənd tədarük etməyi planlaşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı bu yaxınlarda azgəlirli ölkələrin daha çox peyvənd dozası almasına imkan vermək üçün azı sentyabr ayının sonuna qədər dünya miqyasında COVID-19 peyvəndinin gücləndirici dozalarının moratoriumuna çağırıb.

ABŞ-ın gücləndirici doza proqramı çox ehtimal ki, sentyabr ayında başlayacaq və ilk növbədə bu, COVID-19 peyvəndinin vurulması vacib olan vurulacaq. Bu qrupa ön cəbhədəki tibb işçiləri, qocalar evi sakinləri və digər yaşlı insanlar daxildir.

ABŞ-da COVID-19 peyvəndi almış insanların çoxuna Pfizer və ya Moderna-nın iki dozası, digərlərinə isə Johnson & Johnson-un bir dozası vurulub.

Yeni doza virusun olduqca yoluxucu Delta variantına qarşı daha çox qorumaq üçün nəzərdə tutulub.

Rəsmilər bundan əvvəl COVID-19 peyvəndlərinin gücləndirici dozalarını təsdiqləməkdən imtina edərək, statistikaya əsalanaraq mövcud vaksinlərin virusun Delta versiyası da daxil olmaqla, bütün növlərinə qarşı qoruduğunu bildirirdi.

Lakin İsraildə aparılmış yeni araşdırma bu ilin əvvəlində Pfizer peyvəndi vurulmuş yaşlı insanlarda vaksinin təsirinin əhəmiyyətli dərəcədə azaldığını göstərib. Bu nəticələr İsraildə 50 yaşdan böyük insanlara gücləndirici dozaların tətbiq olunmasına səbəb olub.

XS
SM
MD
LG