ABŞ prezidenti Co Bayden Qlazqoda 100-dən çox ölkənin liderlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının ikinci və sonuncu günündə danışıqlar keçirdiyi zaman Birləşmiş Ştatların geniş və iddialı iqlim öhdəliklərini açıqlayaraq, bunu etməyən rəqiblərə yönəlmiş kəskin ifadələr səsləndirib.
COP26 kimi də tanınan görüşdə Bayden administrasiyasının 2030-cu ilə qədər meşələrin qırılmasının dayandırılması və 200 milyon hektar meşə və digər eko-sistemlərin bərpası üçün əlamətdar sazişin imzalanmasında digər iştirakçılara qoşulacağını açıqlayıb.
Bundan əlavə, Bayden metan emissiyalarını azaltmaq üçün Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil və Şəhərsalma və Daxili İşlər nazirlikləri də daxil olmaqla ABŞ hökumətinin müxtəlif sektorlarını əhatə edən planı təqdim edib.
Bayden həmçinin meşələri qorumaq üçün əlavə 9 milyard dollar ayırmaq üçün Konqreslə işləyəcəyini desə də, bunun nə vaxt və necə baş verə biləcəyini açıqlamayıb.
Metan mövzusuna gəldikdə isə Bayden administrasiyasının planı 2030-cu ilə qədər ümumi metan emissiyalarını 2020-ci il səviyyəsindən 30% aşağı salmağı hədəflədiyi Qlobal Metan Vədinə uyğunlaşdırmaqdır.
Lakin o, nailiyyətləri vurğulayarkən COP26 iclasında şəxsən iştirak etməyən iki liderə də toxunub: Çin Prezidenti Tsi Cinpinq və Rusiya Prezidenti Vladimir Putin.
"Düşünürəm ki, Çinin toplantıya qatılmaması böyük bir səhvdir. Dünyanın qalan hissəsi Çinə baxıb deyəcək ki, onlar nə kimi əlavə dəyərlər verirlər? Onlar insanlara təsir etmək qabiliyyətini itiriblər. Eyni şeyi Rusiya ilə bağlı deyərdim”, Bayden bildirib.
Noyabrın 12-dək davam edəcək builki sammit altı il əvvəl Parisdə ABŞ, Rusiya və Çin də daxil olmaqla, 196 ölkənin imzaladığı hüquqi qüvvəyə malik sazişə əsaslanır.
Beynəlxalq müqavilə həmin ölkələri planetin istiləşməsini 1,5 dərəcə azaltmaq məqsədi daşıyan emissiyaların azaldılmasına başlamaq öhdəliyini daşıyır.