Accessibility links

Hollandiyanın xarici işlər naziri istefa verib


Halbe Zijlstra
Halbe Zijlstra

Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra Rusiya prezidenti Vladimir Putin ilə 2006-cı ildə görüşü haqda yanlış məlumat verdiyini etiraf etdikdən sonra istefa verib.

Zijlstra çərşənbə axşamı parlament üzvləri qarşısında çıxış edərək bildirib ki, xarici işlər naziri vəzifəsinin etibarlılığını qorumaq məqsədilə istefa verməyə qərar verib.

Halbe Zijlstra xarici işlər naziri vəzifəsində dörd aya yaxın idi çalışırdı.

Ölkənin baş naziri Mark Rutte məlum görüşlə əlaqədar sualları cavablandıraraq qeyd edib ki, o, görüşün mümkün təsirlərini lazımı qədər qiymətləndirməyib.

Parlamentdə etibarsızlığa dair səsvermə çərşənbə axşamı keçirilsə də, Ruttle asanlıqla xilas ola bilmişdi.

XS
SM
MD
LG