Accessibility links

İsrail həbsxanalarında saxlanılan yüzlərlə fələstinli məhbus aclıq aksiyasına başlayıb


İsrail həbsxanalarında saxlanılan yüzlərlə fələstinli məhbus aclıq aksiyasına başlayıb. Aclıq çağırışını tanınmış məhbus Mərvan Barquti edib. O, Fələstinin gələcək prezidenti hesab edilir.

Möhlətsiz aclıq aksiyası həbxanadakı vəziyyət və İsrailin ittihamsız nəzarət siyasətinə etiraz mahiyyəti daşıyır. Həbsxanada 1980-ci illərdən bəri mühakiməsiz minlərlə fələstinli saxlanılır.

İsrailin bildirdiyinə görə, məhbusların çoxu İsrailə qarşı hücumlar törədən və ya planlaşdıran siyasi motivli insanlardır.

58 yaşlı Barquti Fələstin Azadlıq Təşkilatının Fətah hərəkatının lideridir. O, 2000-2005-ci illərdə baş qaldran qiyam zamanı israillilərin qətlinə görə 5 dəfə ömürlük həbs cəzasına məhkum edilib.

İsraillə Fələstin lideri Mahmud Abbas arasında Fələstin dövlətinin yaradılmasına dair danışıqlar 2014-cü ildən dalana dirənib.

Barquti New York Times-da dərc edilən məqaləsində bildirib ki, bütün variantlar iflasa uğradıqdan sonra aclıq aksiyası yeganə çıxış yoludur.

XS
SM
MD
LG