ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, beynəlxalq ictimaiyyət nüvə silahı ehtiyatlarını azaltmaq üçün ciddi və davamlı səy göstərməlidir.
Cənab Obama Seulda iki günlük Nüvə Təhlükəsizliyi Sammitinin son günündə çıxış edib.
O deyib ki, hazırda təhlükəli materialları axtaran çoxsaylı pis oyunçular var. Cənab Obama 2010-cu ildə Vaşinqtonda keçirilən zirvə görüşündən sonra inkişafa nail olduqlarını etiraf edərək bu dəfəki sammitdə iştirak edən ölkələrin sayının 50-dən çox olduğunu dilə gətirib.
Cənubi Koreya prezident Li Myunq-bak nüvə terroru ilə mübarizə üçün beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğulayıb.