Accessibility links

Barak Obama iqtisadi sahədə tərəqqi əldə etdiyini nümayiş etdirir


ABŞ prezidenti Barak Obama iqtisadi sahədə tərəqqi əldə etdiyini nümayiş etdirərək, kampaniyasına təkan verir. Həftəlik radio müraciəti zamanı Obama ötən ay yeni iş yerlərinin açılmasını alqışlayıb. ABŞ dövlət başçısı deyib ki, Amerikanın xarici neftdən asılılığını azaltmağın əsəs yolu yeni texnologiyadır. Prezident son 8 ildə neft istehsalının artdığını və yeni sahələrdə neftin istismarına başlandığını bildirib. Lakin o deyib ki, artmaqda olan yanacaq qiymətlərini aşağı salmaq üçün vaxt lazımdır.

Barak Obama deyib ki, Amerika indi külək və günəş enerjisinə müraciət etməlidir.

ABŞ prezidenti Konqresin neft şirkətlərinə ödənilən 4 milyard dollarlıq subsidiyaların dayandırmasını və alternativ enerji mənbələrindən istifadə edilməsini istəyir.

XS
SM
MD
LG