Accessibility links

Barak Obama Konrqresə təzyiqlərini davam etdirəcəyinə söz verib


Barak Obama Konrqresə təzyiqlərini davam etdirəcəyinə söz verib
Barak Obama Konrqresə təzyiqlərini davam etdirəcəyinə söz verib

ABŞ prezidenti Barak Obama iş yerlərinin açılmasına dair planının təsdiqi üçün Konrqresə təzyiqlərini davam etdirəcəyinə söz verib.Vaşinqtonda ispandillilərin forumunda o, plana dəstək verməyən respublikaçıları tənqid edib. Prezident digər işsiz amerikalılar kimi ispandillilərin də bu proqramın mənfəətini görəcəyini deyib. O, administrasiyasının itisadiyyatın canlandırılması və yeni iş yerlərinin açılışı sahəsində işlər gördüyünü bildirib. Obamanın 447 milyard dollarlıq planı amerikalıların iş yerlərinə qaytarılmasını nəzərdə tutur. Respubçlikaçı qanunvericilər planın bəzi hissələrini dəstəkləsələr də, onun tam şəkildə təsdiqi gözlənilmir. Dünən Senatda plan 50 leyhinə,49 əleyhinə səs əldə edib. Təsdiqi üçün planın 60 səsə ehtiyacı var idi.

XS
SM
MD
LG