ABŞ prezidenti Barak Obama homoseksuallara bərabər hüquqlar verilməsini müsbət addım kimi qiymətləndirib. Ağ Evdə keçirilən mətbuat konfransında cənab Obama Nyu-York ştatının homoseksuaların evlənməsini qanuniləşdirilməsini alqışlayıb. Günlərlə sürən debatlardan sonra Nyu-York eynicinslilərin nikahını təsdiq edən 6-cı ştat oldu. ABŞ prezidenti deyib ki, homoseksuallara digər amerikalılar kimi münasibət göstərilməlidir və seksual oriyentasiyaya əsaslanan ayrı-seçkiliyə son qoyulmalıdır.