Accessibility links

Barak Obama dövlət büdcəsinə dəyişiklik edilməsinə çağırdı


President Barack Obama gestures as speaks in the James Brady Press Briefing Room at the White House in Washington, February 5, 2013.
President Barack Obama gestures as speaks in the James Brady Press Briefing Room at the White House in Washington, February 5, 2013.
ABŞ prezidenti Barak Obama Konqresin ardıcıl "zərərli və avtomatik kəsrlərdən" uzaq durmasını istəyir. O deyir ki, əgər siyasətçilər martın 1-dək dövlət büdcəsinə dəyişikliklər etməsə ABŞ-da minlərlə insanın iş yeri təhlükə altına düşə bilər.

Prezident Obama həftəlik müraciətində qanunvericiləri vergi kodlarına dair həssas dəyişikliklərə çağırıb. O deyib ki, ölkə iqtisadiyyatının stabilləşməsi üçün defisitlərin 4 trilyon dollar azaldılmasına ehtiyac var.

Prezident Konqresin artıq xərclərin balanslı kəsri və zəngin amerikalılar üçün yüksək səvergi tarifləri ilə defisiti 5- faizdən çox azaldıb. O, siyasətçiləri oxşar addını mart ayınadək atmağa çağırıb.

Respublikaçıların həftəlik müraciətində senatoor Liza Murkovski deyib ki, ABŞ enerji bolluğu dövrünə daxil olur. Bununla yanaşı, Murkovski enerji layihələrinin tez-tez "məşəqqətli tənzimləmələr, gecikmiş icazələr" səbəbilə həyata keçmədiyini bildirib.
XS
SM
MD
LG