ABŞ prezidenti Barak Obama bazar ertəsi ilk dəfə olaraq tətildə olduğu vaxt ictimaiyyət arasına çıxıb. O, qızlarını tanınmış Havay qar şirniyyatına qonaq edib.
Dadlı buzdan soyulmuş şirniyyat cənab Obamanın boya-başa çatdığı Havay ştatında ən sevimli desert sayılır. Prezident qovun, limon-lumu və albalı tamlı buz deserti sifariş edib. Ailəsi üçün sifariş verdikdən sonra prezident Obama şirniyyat satan işçilərlə birgə şəkil çəkdirib.