ABŞ prezidenti Barak Obama tədris və təhsil sahələrinin inkişafı üçün Amerika məktəblərində islahatlara çağırıb. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, islahatlar təklifi müəllimlər administratorlar və valideynlər kimi insanlar tərəfindən irəli sürülməlidir. Barak Obama deyib ki, islahatlar öhdəliyinə əməl edənlər “Yuxarılar uğrunda yarış” adlanan proqramı qazana bilər. Bu proqram tədris sahəsinin maliyyələşdirilməsini nəzərdə tutur.ABŞ dövlət başçısı Konqresə müraciət edərək, daha əvvəlki “Heç bir uşaq arxada qalmayıb” proqramının yeniləşdirilməsinə çağırıb.