ABŞ Dövlət katibi Con Kerri Dhakada ABŞ səfirliyinin işçisi olan gey haqları fəalı Ksulhaz Mannanın qətlini qınayıb.
Dövlət Departamentinin açıqldığı bəyanatda bildirilir: “Biz bizlərdən birinin bu cür şiddətlə öldürülməsindən dərin kədər hissi duyuruq.”
Mannan və onun dostu, başqa bir gey haqları fəalı Tanay Mocumdar bazar ertəsi evlərinə kuryer kimi evə daxil olan beş şəxs tərəfindən öldürülüb.
35 yaşlı Mannan ölkədə nəşr edilən yeganə gey və transgender jurnalı olan "Roopban"ın redaktoru idi.
Hücumçuların şəxsiyyətləri hələ müəyyyənləşdirilməsə də, Dhaka polis komissarı Asaduzzaman Mia bunun planlaşdırılmış qətl olduğunu deyib.
Bir neçə şahidin polisə bildirdiyinə görə, hücumçular hadisə yerindən qaçanda “Allahu Əkbər” deyə qışqırıblar.
Bu ayın əvvəli Mannan onun fəaliyyətinin əleyhinə çıxan islamçılar tərəfindən onlayn ölüm təhdidləri aldığını bildirmişdi.
Mannan ötən ilin dekabr ayında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində işə başlamadan öncə Amerika səfirliyinə protokol şöbəsində çalışıb.
Dövlət katibi Con Kerri Mannanın “Banqladeş xalqının ruhunu və onların tolerantlıq, sülh və müxtəliflik ənənələrini təcəssüm etdirdiyini” deyib.