Tailand polisinin bildirdiyinə görə, Banqkokda üç iranlının həbsi İsrail diplomatlarına qarşı sui-qəsd cəhdi ilə bağlıdır. Onlardan biri Malayziyanın Kuala Lampur hava limanında ələ keçirilib. Digər ikisi isə bomba hücumundan dərhal sonra Tailandın paytaxtında nəzarət altına alınıb. Hadisə zamanı 4 adam həlak olub. Polis rəisi Banqkok hücumunun Hindistan və Gürcüstanda İsrail diplomatlarını hədəf alan hücumlara bənzər olduğunu bildirib. Dehli hücumunda 4 adam xəsarət almışdı. Tbilisidə isı bomba zərərsizləşdirilmişdi.
İsrail hücumlara görə İranı ittiham edir. Tehran isə İsrailin Tailandla uzunmüddətli dostluq əlaqələrinə ziyan vurduğunu bildirir.
Banqkokda üç iranlının həbsi İsrail diplomatlarına qarşı sui-qəsd cəhdi ilə bağlıdır
- Amerikanın səsi