"Bank Standart"ın əmanətçiləri: Pulumuzu qaytarın!
Dörd il əvvəl müflis elan olunan "Bank Standart"ın əmanətçiləri Mərkəzi Bankın binası qarşısında etiraz aksiyası keçirib. Onlar əmanətlərinin qaytarılmasını tələb edib. Aksiya iştirakçıları “Bank Standart”: Pullarımızı qaytar!” plakatı qaldırıb, həmçinin “Pulumuzu qaytar!” şüarı səsləndirib. İki həftə əvvəlki aksiyada olduğu kimi Azərbaycan Mərkəzi Bankından heç kim onlarla görüşə çıxmayıb. Polis vətəndaşlara Əmanətlərin Sığortalanması Fonduna getməyi məsləhət görüb. Lakin onlar bunu etməkdən imtina edib, çünki orada olublar və bu da nəticəsiz qalıb.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi