Banqladeşin müvəqqəti hökuməti cümə günü Hindistanın baş naziri Narenda Modiyə müsəlmanların çoxluq təşkil etdiyi ölkədə hindulara və digər azlıqlara hücumlar barədə xəbərlərin "şişirdilmiş" olduğunu bildirib və ölkəsində hamını müdafiə edəcəyinə əmin edib.
Keçən həftə zorakılıqlarla nəticələnən nümayışlər səbəbindən baş nazir Şeyx Hasinanın istefaya getməsindən və ölkədən qaçmasından sonra hinduların evləri, iş yerləri və məbədləri hədəf alınıb, bir məktəb müəllimi öldürülüb, azı 45 nəfər yaralanıb.
Hinduların əksəriyyətini təşkil edən Hindistanın qonşusu ilə mədəni və işgüzar əlaqələri möhkəmdir və Modinin hökuməti hindulara qarşı hücumların çoxalmasından narahatlığını bildirib.
Hasina getdikdən sonra müvəqqəti hökumətə başçı gələn Nobel mükafatı laureatı Məhəmməd Yunus Modiyə zəng edib. Modi X-də Yunus "Banqladeşdəki hinduların və bütün azlıqların müdafiəsi və təhlükəsizliyini təmin edəcəyinə əmin edib" yazıb.
"Hindistanın demokratik, sabit, sülhsevər və mütərəqqi Banqladeşə dəstəyini təkrarladı" - deyə, Modi əlavə edib.
Ofisindən verilən açıqlamaya görə, Yunus "azlıqlara hücumlar barədə məlumatların şişirdildiyini" deyib. Müvəqqəti hökumət "ölkənin hər bir vətəndaşı üçün insan haqlarının təmin edilməsinə sadiqdir", o əlavə edib.
Banqladeş "Hindu Buddist Xristian Birlik Şurası" hesab edir ki, avqustun 5-dən, Hasinanın Hindistana qaçdığı gündən bəri ölkənin 64 bölgəsindən ən azı 52-sidə məzhəb zorakılığı hadisələri baş verib.
Forum