Accessibility links

Ban Ki Mun: Qəzzada vəziyyət təhlükəlidir


BMT-nin Baş katibi Ban Ki Mun müharibənin təsirinə məruz qalmış Qəzzada vəziyyətin təhlükəli olduğunu deyərək, İsrail və Həmas yaraqlılarını günahlandırıb.

BMT Baş katibi dünya liderlərinə qoşularaq tərəfləri atəşkəsə çağırıb. O hər iki tərəfin münaqişə dövründə məsuliyyətsiz və əxlaqi baxımdan səhv şəkildə davrandığını bildirib. “İnsanlıq naminə bu zorakılıq dayandırılmalıdır”-deyə Ban Ki Mun bildirib.

Cənab Banın açıqlamalarından bir qədə sonra Fələstin rəsmiləri İsrailin hava hücumu nəticəsində Qəzzanın əsas xəstəxana korpusu və yaxınlıqdakı parka zərər dəydiyi, uşaqlar daxil olmaqla 10 nəfərin öldüyünü bildirib. Lakin İsrail hərbi qüvvələri hücumun baş verməsini təkzib edərək, xəstəxana və parka dəyən raketin fələstinli yaraqlılar tərəfindən atıldığını bildirib.

İsrail mətbuatı Qəzzadan artilleriya atəşləri nəticəsində dörd israillinin öldüyünü bildiriblər.

Bu xəbərlər Ramazan ayının başlaması ilə əlaqədar döyüşlərə ara verildiyi haqda məlumatların gəldiyi vaxt verilib.

Dünya liderləri üç həftədir davam edən hərbi qarşıdurmaya son qoyulması məqsədilə İsrail və Həmas yaraqlıları arasında atəşkəs əldə edilməsinə çalışır.

XS
SM
MD
LG