Accessibility links

ABŞ-ın ətraf-mühütü müdafiə qrupu illik balina ovu əleyhinə kampaniyaya başlayıb


Qərargahı ABŞ-da yerləşən "Sea Shepherd" adlı ətraf mühütü müdafiə təşkiliatı yeni liderinin rəhbərliyi altında illik balina ovu əleyhinə kampaniyaya başlayıb.

Avstraliyanın Yaşıllar partiyasının sabiq lideri Bob Braun Hobart şəhərində mərasimdə Antarktida sularında Yaponiyanın balina ovçularına qarşı "Zero Tolerance" əməliyyatının direktoru kimi təqdim edilib.

Braun prezidentlik vəzifəsindən istefa verən "Sea Shepherd" qrupunun təsisçisi Paul Vatsonu əvəz edəcək. Vatson 2002-ci ildə Kosta Rikada köpək balığının ovlanması əleyhinə kampaniya ilə əlaqədar Almaniyada zəmanət vermədiyinə görə İnterpol tərəfindən axtarışdadır.

Vatson "Sea Shepherd" qrupunun Yaponiya balina ovçularına qarşı kampaniyaya rəhbərlik edirdi. Ötən illər "Sea Shepherd" qrupuna məxsus gəmilər və Yaponiyanın balıqçı qayıqları arasında zorakı qarşıdurmalar baş verib.
XS
SM
MD
LG