Accessibility links

700 bal toplamamağın səbəbləri...


Dövlət İmtahan Mərkəzi bu il II və III qruplar üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin bu günlər nəticələrini açıqlayıb. Hər iki mərhələ (Azərbaycanda qəbul iki mərhələdə aparılır: buraxılış və qəbul imtahanları) üzrə heç bir qrupda maksimum 700 bal toplayan abituriyent olmayıb. Bu il II qrup üzrə ən yüksək nəticə 691.2 , III ixtisas qrupu üzrə isə 680 bal olub.

Eyni hal 2019-cu ildə də yaşanıb

Bəzi mütəxəssislərin fikrincə isə, bu, son illər ərzində ən pis nəticələrdir. Bunun səbəbi nədir?

Məsələyə, hələlik, Təhsil Nazirliyinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma bu nazirlik yanında İctimai Şuranın sədr müavini İlqar Orucov "Turan"a bildirib ki, keçən ilin martından təhsilin koronavirusla bağlı distant formada təşkili abituriyentlərin hazırlığına, təhsilin keyfiyyətinə xeyli dərəcədə mənfi təsir göstərib: "Biz artıq ikinci ildir ki, analoji vəziyyətlə qarşılaşırıq".

"Suallar daha asanlaşdırıldı"

Onun sözlərinə görə, Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə buraxılış imtahanlarında sualların pandemiyadan əvvəlki illərə nisbətən asanlaşdırılması üçün yollar axtarıb: "Keçən il olduğu kimi, bu il də imtahanlarda həmin təcrübə tətbiq olundu və suallar daha asanlaşdırıldı".O qeyd edib ki, Təhsil Nazirliyi pandemiya şəraitində bütün mümkün imkanlardan istifadə edib: "Biz hər zaman orta məktəblərdə xüsusilə abituriyentlər üçün təhsil şəraitini yaxşılaşdırmaq məsələsini diqqətdə saxlayırıq. Ölkədə pandemiya ilə bağlı qəbul olunan qərarları daha çevik və doğru qərarlar kimi xarakterizə edərdim. Çətin şəraitdə, kritik vəziyyətdə əksər ölkələrdə yaranan təhsilsizlik boşluğu bizdə yaşanmadı. Təhsil Nazirliyi bütün mümkün vasitələrdən, qeyri-ənənəvi təhsil alətlərindən istifadə edərək bütün zəruri addımları atdı".

"Daha oturuşmuş təhsil mühiti yaradıldı"

İ.Orucov vurğulayıb ki, əvvəlki təhsil ilindən fərqli olaraq, 2020-2021-ci ildə daha oturuşmuş təhsil mühiti yaradılıb: "Təqdim edilən vasitə və alətlərdən həm müəllimlər, həm də şagirdlər daha uğurla yararlana bildilər. Yeniliklər atılan addımlarla yekunlaşmamalıdır və yekunlaşmayacaq. Düşünürəm, ümid edirəm ki, növbəti təqvim və tədris ilində biz ənənəvi təhsilə başlaya biləcəyik"."Heç də hamının kompüteri, ...internetə çıxışı yoxdur"

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, abituriyentlərin maksimal balı toplaya bilməməsinə üç vacib amil təsir göstərdi: "2020-ci ilin mart ayından pandemiya səbəbindən dərslər ənənəvi qaydada keçirilmirdi. Xüsusi olaraq imtahan verən 11-ci siniflərin şagirdləri artıq ikinci ildir məktəbə getmirlər və onlayn qaydada dərslərdə iştirak edirlər. Hazırda ölkədə 4 min 440 məktəblərdə təhsil alan 1.6 milyon şagirdin heç də hamısının kompüteri, smartfonu və yaxud da internetə çıxışı yoxdur".

Ekspert qeyd edib ki, bu alətlər varsa belə, onlayn qaydada bütün fənlərin keyfiyyətli tədrisi mümkün deyil: "Məsələn, biologiya, riyaziyyat, kimya kimi fənlərin keyfiyyətli tədrisi onlayn qaydada mümkün deyil. Onlar individual sinifdə iş tələb edir. Riyaziyyat isə bütün ixtisas qruplarında var və onu zəif bilməsi maksimum bal toplamağa mane olur".

"Həmin vaxt internetə məhdudiyyətlər qoyuldu…"

Onun fikrincə, 2021-ci il sentyabrın 27-dən başlayan və zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi də var idi: "Həmin vaxt internetə məhdudiyyətlər qoyuldu. Digər tərəfdən, Gəncə, Tərtər, Bərdə kimi ərazilərimiz Ermənistanın raket hücumuna məruz qalmışdı…".

Kamran Əsədov
Kamran Əsədov

K.Əsədovun sözlərinə görə, üçüncü vacib məqam ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi hər il sınaq imtahanları keçirirdi: "Orada iştirak edən şagirdlər bildiyi və bilmədiyi mövzuları müəyyənləşdirə bilirdilər, sual kitabçası və cavab kart üzərində işləmək bacarığına malik idilər. İndi isə bunlar hər hansı sınaq imtahanlarında iştirak etmədən qəbul imtahanına getdilər. Bu da öz təsirini göstərdi".b

XS
SM
MD
LG