Accessibility links

Bakıda qadınlar "8 Marş - Haqlarımız uğrunda" şüarı ilə yürüş keçirəcək


Bakı Şəhər İcra Hakimiyyəti bir qrup qadın fəalın martın 8-də "8 Marş - Haqlarımız uğrunda" şüarı altında yürüş keçirməsinə icazə verməyib.

Şəhər meriyası bunu "yürüşün nəqliyyatın və insanların sıx olduğu yerdə keçirilməsi" ilə əsaslandırıb, bu barədə aksiya təşkilatçılarından biri bildirib.

Qeyd edək ki, nümayişin martın 8-də Bakıda Fəvvarlər Meydanında keçirilməsi planlaşdırılır və o, Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Hakimiyyətin icazə verməməsinə baxmayaraq, təşkilatçılar aksiyanı keçirmək niyyətindədir. Tədbirin məqsədi gender əsaslı zorakılıq və qadın qətllərinə diqqət çəkməkdir.

XS
SM
MD
LG