İyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və NATO Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, general Tod Ueltersin görüşü olub.
Tərəflər Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üçün mümkün tədbirləri müzakirə edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamenti məlumat yayıb.
"Hərbi komandanlar Avropa və qlobal təhlükəsizlik, Rusiya-NATO təmas xəttində insidentlərin aradan qaldırılması üçün mümkün tədbirlər, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyada vəziyyət barədə fikir mübadiləsi aparıb," məlumatda deyilir.